Tarix : 2018 Dec 04
Kod 57095

ABŞ Suriya ordusuna raket zərbələri endirdi

ABŞ koalisiyası Suriya ordusunun mövqelərinə hücum edib.

İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın başçılıq etdiyi koalisiya əl-Qurab dağ silsiləsinin yerləşdiyi ərazidə Suriya ordusunun mövqeləri istiqamətində bir neçə raket buraxıb.Hadisə  yerli vaxtla saat 20:00-da əs-Suhnə şəhərindən cənubda baş verib.Mənbənin məlumatına görə, koalisiyanın bu hərəkətləri nəticəsində yalnız maddi ziyan dəyib.

  • Yazılıb
  • da (də) 2018 Dec 04
  • Göndərən مدير سايت Aran News