İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın başçılıq etdiyi koalisiya əl-Qurab dağ silsiləsinin yerləşdiyi ərazidə Suriya ordusunun mövqeləri istiqamətində bir neçə raket buraxıb.Hadisə yerli vaxtla saat 20:00-da əs-Suhnə şəhərindən cənubda baş verib.Mənbənin məlumatına görə, koalisiyanın bu hərəkətləri nəticəsində yalnız maddi ziyan dəyib.