Tarix : 2018 Dec 04
Kod 57099

Zəncanda Nardaran faciəsi şəhidləri anıldı

Höccətül-islam Nəzəri Nardaran şəhidlərinin anım mərasimində Nardaran əhalisini müqavimətə səsləyərək deyib: “Əgər müqavimət yolunda olsanız, Allah bizi Qarabağı azad etməyə məmur edəcəkdir. Qarabağı azad etmək bizim hədəfimizdir. Qarabağ bizim canımızın bir hissəsidir.”

Arannews-Zəncanda Nardaran şəhidlərinin üçüncü ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən höccətül-islam Nəzəri deyib: “Düşmən Amerika liberalizminin vasitəsilə dünyanı fəth etmək üçün öz işinin başlanğıc yerini Yaxın Şərqdə görür, Suriya və İraqda tökülən qanları yeni Yaxın Şərqin ehtiyacı kimi tanıdır. Amma bilmək lazımdır ki, ilahi sünnə və Onun vədi həyata keçəcək, haqq cəbhəsi qalib gələcək.”Xətib əlavə edib: “İmam Hüseyn (ə) qətligahda qalib görünmürdü, amma bu gün bütün qəlbləri və dünyanı fəth etmişdir. Bunun mənası odur ki, bir sıra hadisələr zahirdə qələbə kimi görünməsə də, zaman keçdikcə qələbələrin şahidi olacağıq.”Höccətül-islam Nəzəri daha sonra deyib: “Bizim Nardaranda qardaşlarımıza, İmam Hüseynin (ə) Ərbəin günlərində qanlarına qəltan edilənlərə və şəhidlərin övladlarına sözümüz budur ki, sizdən öncə biz də ilahi imtahanları dadmışıq. Bizim şəhid Qəffari kimi bir sıra şəhidlərimiz direlin baş və sümüklərinə sancılması işgəncəsi ilə şəhid edildilər. Bizim şəhid Səidimiz necə şəhadətə yetirildi! Deməli, dayanmaq, müqavimət göstərmək lazımdır.Azərbaycan xalqı müqavimət göstərsə və qorxmasa, öz istəyinə nail olacaqdır.Azərbaycan xalqı şiə ölkəsində “Ya Hüseyn” dediyinə görə öz millətini əsarətə alan, Eurovision ardınca olan və erməni müğənnini ölkəsinə konsert verməyə dəvət edən bir dövlətin qarşısında dayanmalıdır.”Höccətül-islam Nəzəri sonda Nardaran əhalisini duruş və müqavimətə səsləyərək deyib: “Əgər müqavimət yolunda olsanız, Allah bizi Qarabağı azad etməyə məmur edəcəkdir. Qarabağı azad etmək bizim hədəfimizdir. Qarabağ bizim canımızın bir hissəsidir.”

  • Yazılıb
  • da (də) 2018 Dec 04
  • Göndərən مدير سايت Aran News