BMT-nin Az. R-nin işğal olunmuş ərazisinin boşaldılması zəruriliyi üzərində təkid edən qətnamələri mütləq icra olunmalıdır
Azerbaijan Servisi/Aran Agentliyi
Bu mövzunun üzərində Pakistan parlamentinin üzvü təkid edib.
Pakistanın İslam Respublikasının Senat Məclisinin üzvü Ermənistan qüvvələrinin Az. R-ə aid ərazilərdən çıxmasının zəruriliyini qeyd edib.
Trend Newsun verdiyi məlumata görə, Pakistan senatının Xarici Əlaqələr Komissiyasının sədri Müşahid Hüseyn Seyyid Bakıda müxbirlərlə müsahibədə deyib: BMT-nin Az. R-nin işğal olunmuş ərazisinin boşaldılması zəruriliyi üzərində təkid edən qətnamələri mütləq icra olunmalıdır.
İndiyədək BMT tərəfindən mövzu ilə bağlı 4 qətnamə qəbul olunub.
Müşahidəçilərin fikrincə Qarabağ münaqişəsinin nizamlanmasının əsas dəlili rəsmi Bakının əslində Ermənistan tərəfdarı və hamisi olan Minsk qrupuna güvənməsidir.
Qərb ölkələri, o cümlədən Minsk qrupunun həmsədrləri dəfələrlə BMT-nin sessiyalarında Az. R-nin ərazi bütövlüyü ilə bağlı müsbət səs verməkdən çəkiniblər.
Eyni halda müsəlman ölkələr həmişə Az.R-nin haqqının təmini üzərində təkid ediblər.