Xəbər Lenti

“Qüdsün və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur” - Hacı Mövsüm Səmədov

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

İmam Həsənin (ə) mövlud günüdür

“Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib

AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilmədi

Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Əhsən Nuruzadə “karser”ə salındı

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin müşavirəsi keçirilib

Zaur Darğallı 78,6% səslə Marneuli rayonunun rəhbəri seçilib

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

Gürcüstanda seçkilər başa çatıb

Ramazan ayının 14-cü gününün duası

Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırd

Sionist rejimin təsis olunması: təbrik ya başsağlığı
1948-ci ildə dünya öz tarixində məşum və acı hadisənin şahidi oldu. Bu hadisə böyük və ağrılı bir faciənin başlanğıcı oldu.

Hacı Şahin: “Onlar oruc tutmasa yaxşıdır”

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər

Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

İsraildə dindar yəhudilər Eurovision-a etiraz olaraq aksiya keçirdilər: Polislər yaralandı

Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu

Paşinyana qarşı yeni partiya yarandı

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Paşinyan sülh danışıqları barədə: “Tormozlamayacağıq”

İmam Musa Sədrin əsərləri

DİN: Dünən Azərbaycanda 30 cinayət hadisəsi baş verib

QAT-ın mitinqinə icazə verilmədi

Tehran və Bakı rabitə sahəsində əməkdaşlıq protokolu imzalayıblar

Hacı Mövsüm Səmədov azadlığa çıxan məhbusları təbrik etdi

Azərbaycanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

Naxçıvan ali məclisinin sədri Tehran-Bakı həmkarlığının genişləndirilməsini vurğulayıb

Gürcüstanda məscid tikintisi ilə bağlı çətinliklər var`

Putin: İran bu gün dünyanın ən şəffaf nüvə proqramına malikdir

Cəbhədə düşmən təxribatı

Suriya ordusu İdlibin cənbununa daxil oldu

Mübariz Qurbanlının xüms haqqında təəccüblü açıqlaması

Ermənistan ordusunun daha bir əsgəri öldü

Gürcüstan XİN Azərbaycan tərəfi ilə keçirilən görüş barədə bəyanat yayıb

Vəkil: Avropa Məhkəməsinə göndərilən şikayətlət ünvanına çatmır

Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Arxiv
 
Tarix : 2018 dek 05     |     Kod : 57100

Təbrizdə Nardaran faciəsi şəhidlərinin üçüncü ildönümü mərasimi keçirilib

Təbrizdə Nardaran və İslam dünyası müqavimət şəhidlərinin anım mərasimində çıxış edən Höccətül-islam Rəsuli Bərgi müqavimət terminini izah edib, müqaviməti səbr mərtəbəsindən daha yüksək bir məqam bilərək deyib: “Səbr məqamında insan bir küncdə oturaraq fitnə və böhranların ötüb-keçməsini gözləyir. Amma müqavimət, çətinliklərə dözməklə yanaşı meydanı boş qoymamaq və düşmənin yolunu bağlamaqdır. Allah-təala “Rəbbimiz Allahdır” deyərək müqavimət göstərən, meydanı düşmənə verməyən, Allah yolunda sinələrini sipər edən kəslərə buyurmuşdur ki, qorxmayın, kədərlənməyin. Qəm və çətinlik onları müqavimətdən, Allah yolunda duruşdan uzaqlaşdıra bilməz və heç bir təhdid onları qorxuda bilməz.”

Arannews-Təbrizli xətib vurğulayıb: “Bu mərasim İslam dünyası, xüsusilə də Azərbaycanın müqavimət şəhidlərinin, namusları sayılan hicabı müdafiə etdikləri üçün işgəncələrə məruz qalmış insanların, İmam Hüseynə (ə) əzadarlıq etdikləri üçün işgəncə olunan, sıxışdırılan şiələrin, sionist və vəhabilərin hücumları ilə mübarizə apardıqları üçün zindanlara salınan kəslərin adına təşkil olunmuşdur. ”

Höccətül-islam Bərgi daha sonra deyib: “Dünyanın ikinci şiə ölkəsi olan Azərbaycanda Nardaran əhalisini küçə və meydanlarını məsum imamların (ə) adını verdikləri üçün müqəssir sayırlar. Nardaran əhalisinin günahı yalnız budur.Çox təəccüblüdür ki, dünyanın ikinci şiə ölkəsində Aşura günü tətil deyil, halbuki bu ölkədə miladi tarixi ilə yeni ili xristianların adət-ənənəsinə uyğun olaraq tətil elan edirlər, Aşura mərasimində iştirak edənləri isə cərimə və dövlət idarələrindən qovmaqla təhdid edirlər.Mənim Azərbaycan dövlətinin rəhbər və siyasətçiləri ilə işim yoxdur. Onlar siyasi məsləhətlərin tələbinə uyğun əməl edirlər və biz Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmirik. Amma əgər xalq zülmə məruz qalsa və onların etiqadlarına hücum olunsa, bir şiə şəhərində, məmləkətində etiqadlarına uyğun qaldırdıqları matəm bayraqları endirilsə, belə bir şəraitdə xalq artıq dözmür. Xalq necə dözə bilər ki, polis qüvvələri bələdiyyə fəhlələri geyimində cəmiyyətin içərisinə daxil olaraq məkir və hiylə ilə camaat namazına toplaşanlara və əli yalın adi insanlara hücum etsin, hətta öz müsəlman polis əməkdaşını qətlə yetirsin, hadisəni də İran İslam Respublikası ilə əlaqələndirsin?”Xətib çıxışının digər hissəsində deyib: “Azərbaycan Respublikasının əhalisi müsəlmandır, şiədir. Onlar şiddətin qarşısında müqavimət göstərirlər. Belə ki, Nardaran əhalisi hətta Sovetlər Birliyinin kommunist hökuməti dövründə, hökumət başçıları üçün din məfhumunun olmadığı bir zamanda “Ya Hüseyn” səsinin sönməsinə imkan vermədi. Sovetin kommunist hökumətindən qorxmayan bir xalq indi də qorxmur və müqavimət göstərir. Xüsusilə də bu ölkənin prezidenti də hal-hazırda şiədir və şiə övladıdır. Aşura və İmam Hüseyn (ə) yolu unudulmaz.”Höccətül-islam Bərgi Azərbaycan xalqına dəstək olduqlarını xatırladaraq deyib: “Azərbaycan Respublikası xalqı müqavimət göstərir və biz də həmişə onların yanındayıq. Biz müdaxilə etmirik, amma öz şiə şəhidlərimizə anım mərasimi keçirə bilərik. Onlar 12 yaşlı şəhid övladına öz atasının şəkilini sosial şəbəkədə, vitural aləmdə paylaşmağa icazə vermirsə, onun bu işini cinayət hesab edirsə və bu səbəbdən ona işgəncə verirsə, biz şəhidlərə anım mərasimi keçirməyi çox iftixarla həyata keçiririk, Azərbaycanın şiə şəhidlərinin böyüdülmüş şəkillərini Təbrizin məscid və küçələrinə yerləşdiririk və onlarla fəxr edirik. Çünki Nardaran şəhidləri İmam Hüseyn (ə) bayrağını uca tutdular, onu ayaq üstə saxladılar və bu yolda öz canlarından keçdilər.”Rəsul Bərgi Azərbaycan Respublikasının dövlət başçılarına səslənərək deyib: “Əziz qardaşlar, şiə və müsəlman cənablar! Şiə məmləkətinə yaraşmır ki, orada homoseksuallar paradı təşkil edəsiniz. Şiə məmkləkəitnə yaraşmır ki, rus pozğun filmlərinin simvolu sizin ölkənizə, xüsusilə də Nardarana ayaq bassın, qeyrətli kişilər, həyalı qadınlar arasında gəzsin. Xalq bu işlərə dözmür. Siz müsəlmansınızsa, belə işlər etməyin. Din əleyhinə olan bu işlər sionistlər tərəfindən hazırlanıb. Biz müdaxilə etmirik, amma qardaşcasına nəsihət edirik ki, dünyanın ikinci şiə ölkəsində belə faciələrin şahidi olmamalıyıq.”Təbrizli ruhani çıxışının digər hissəsində Azərbaycan Respublikasından İmam Rzanın (ə) ziyarətinə gələn zəvvarların narahatlıq və giley-güzarlarına işarə edərək deyib: “Siz Azərbaycan xalqının dini dərdləriniz bizim dərdlərimizdir, biz bu məsələlərə görə narahatıq və sükut edə bilmərik.Höccətül-islam Bərgi çıxışının sonunda dünyanın hər yerində, xüsusilə də Azərbaycan Respublikasında Allah yolunda müqavimət göstərənlərə qələbə arzu edib, mərasimi təşkil edən Təbrizin hüseynçi, cavan və mömin cavanlarına təşəkkürünü bildirib, müqavimət şəhidlərini, namusları hicaba görə müqavimət göstərən, bu yolda öz şirin canlarından keçən, İmam Hüseyn (ə) bayrağını dalğalandıran şəhidlərin xatirəsini uca tutub.2015-ci il noyabrın 26-da Azərbaycan dövlətinin polis qüvvələri Nardaranda Rəhimə Xatun ziyarətgahının yaxınlığında yerləşən şiə hüseyniyyəsinə namərdcəsinə hücum edərək, orada namaz qılanlara atəş açmış, onlarla insanı qanına qəltan etmişdir.Habelə həmin gün və sonrakı günlər ölkə polisi əsassız bəhanələrlə günahsız insanları həbs edərək, zinadana salmışdır.


Açar sözlər : 

Yazılıb da (də)   2018 dek 05  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin