İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri rabitə və informasiya texnologiyaları üzrə Azərbaycan, İran, Türkiyə və Rusiya arasında dörd tərəfli müştərək bazarın yaradılmasını istəyib.
َArannews-İRNA-nın məlumatına görə, Azərbaycan Respublikasında səfərdə olan İranın rabitə naziri Məhəmməd Cavad Azəri Cəhromi Azərbaycan, İran, Türkiyə və Rusiyanın rabitə nazirlərinin Bakıda keçirilən dörd tərəfli iclasında deyib: İran "start up" sahəsində fəaliyyət göstərən şirkətləri himayə məqsədilə regional mərkəzə ev sahibliyi etməyə hazırdır.Azəri Cəhrominin dediyinə görə, "start up"lar yeni iqtisadi gəlir sahəsi olaraq böyük önəmə malikdir."Bakutel-2018" 24-cü Azərbaycan Telekommunikasiya, Rabitə və Yüksək Texnologiyalar sərgisi Bakıda işə başlayıb. Sərgi 7 dekabra kimi davam edəcək.İran bu sərgidə 14 şirkət ilə iştirak edir.