Suriyanın şərqində yerləşən Homs şəhərində ordu qüvvələri 23 İŞİD terrorçusunu zərərsizləşdirib.
Arannews-FaktXəbər bildirir ki, bu barədə yerli "Əxbariyyə" telekanalı məlumat yayıb. Qeyd edək ki, terrorçular Suriya ordusunun səhrada qurduğu pusquya düşüblər. Bundan əlavə terrorçuların iki avtomobili də məhv edilib.