Tarix : 2018 Dec 05
Kod 57108

Prokuror tikinti şirkətinin vəzifəli şəxslərinin yenidən həbsini istəyir

Bakıda dələduzluq etməkdə təqsirli bilinən Sahil Cahangirli və Anar Əşrəfovun barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.

Arannews-"İslaminSesi.info" - nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra müəyyən edilib ki, prokuror tərəfindən apellyasiya protesti verilib. Prokuror hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin zərərçəkmiş tərəfdən də eyni tələblə apellyasiya şikayətinin məhkəməyə daxil olduğu məlum olub. Növbəti proses dekabrın 7-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar. İttihama görə, Sahil Cahangirli “Real” MTK-nın icraçı direktoru işləyib. Digər təqsirləndirilən Anar Əşrəfov MTK-da müxtəlif vəzifələrdə işləyib.Onların hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsus mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

  • Yazılıb
  • da (də) 2018 Dec 05
  • Göndərən مدير سايت Aran News