Tarix : 2018 Dec 05
Kod 57109

Qırğızıstanın sabiq gömrük rəisi Bakıda saxlanıldı

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.(Report)

  • Yazılıb
  • da (də) 2018 Dec 05
  • Göndərən مدير سايت Aran News