İİR-nin prezidenti doktor Mahmdu Əhmədinejadın bu gecə Malayziyada yaşayan iranlılarla görüşüb, onlar qarşısında çıxış etməsi qərara alınıb
Iran Servisi/Aran Agentliyi
İİR-nin prezidenti və Malayziyanın baş naziri Kualalampurda iki tərəfi maraqlandıran regional və beynəlxalq məsələlər haqda müzakirə edib, fikir mübadiləsi aparıblar.
İRNA-nın verdiyi məlumata əsasən bu dünan D 8 qrupunun zirvə toplantısında iştirak üçün Kualalampura daxil olan İİR-nin prezidenti Mahmud Əhmədinejad Malayziyanın baş naziri Abdullah Əhməd Bədavi ilə görüşdə iki ölkə arasındakı əlaqələrin daha artıq genişlənməsinə təkid edib. Malayziyanın keçmiş baş naziri Mahatir Məhəmməd də bu gün İİR-nin prezidenti ilə görüşüb.
İİR-nin prezidenti doktor Mahmdu Əhmədinejadın bu gecə Malayziyada yaşayan iranlılarla görüşüb, onlar qarşısında çıxış etməsi qərara alınıb.
Sabah iyulun 8-də keçirilməsi qərara alınmış D 8 qrupunun ölkə başçılarının iclasında İran , Malayziya və İndoneyziya ölkə başçıları səviyyəsində və Türkiyə, Banqladeş, Nigeriya və Misir nazir səviyyəsində iştirak edirlər.