Tarix : 2018 Dec 06
Kod 57111

Rusiyanın XİN rəhbəri Bakıya səfər edəcək

Rusiyanın XİN rəhbəri Serqey Lavrov dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.

Arannews-FaktXeber.com-un məlumatına görə, bu barədə  RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.«Xarici işlər  naziri Serqey Lavrov dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək», - deyə Zaxarova bildirib.Onun sözlərinə görə, iclas zamanı  iqtisadi əməkdaşlıq, o cümlədən nəqliyyat, enerqetika, kənd təsərrüfatı və digər məsələlərə baxılacaq.

  • Yazılıb
  • da (də) 2018 Dec 06
  • Göndərən مدير سايت Aran News