Rusiyanın XİN rəhbəri Serqey Lavrov dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya səfər edəcək.
Arannews-FaktXeber.com-un məlumatına görə, bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.«Xarici işlər naziri Serqey Lavrov dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək», - deyə Zaxarova bildirib.Onun sözlərinə görə, iclas zamanı iqtisadi əməkdaşlıq, o cümlədən nəqliyyat, enerqetika, kənd təsərrüfatı və digər məsələlərə baxılacaq.