Tarix : 2018 Dec 06
Kod 57112

İsrail “Hizbullah” tunellərinə qarşı əməliyyat başlatdı

İsrail rejimi "Şimal Qalxanı" adlı əməliyyata start verib.

“Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İsrail rejimi hərbçiləri ötən gün sərhəd bölgəsində Livanın “Hizbullah” hərəkatı tərəfindən qazılmış tuneli aşkar ediblər və həmin tuneli məhv etməyə hazırlaşır.İsrail tərəfi məsələ ilə bağlı “Şimal Qalxanı” adı əməliyyatı başladıblar. Əməliyyat çərçivəsində belə tunellərin məhv edilməsi nəzərdə tutulub.İsrail ordusunun rəsmisi 1-dən çox belə tunelin olduğunu etiraf edib.Tunellərin hələ istifadəyə verilmədiyi və bu səbəbdən də hələ təhlükəli olmadığı qeyd edilir.Əməliyyatın sırf İsrail rejiminin nəzarəti altındakı ərazilərdə, həmçinin Qolan yüksəkliklərinin şimal hissəsində keçiriləcəyi qeyd edilir.Ordu hissələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi və əlavə qüvvə ilə təmin edildiyi bildirilir

  • Yazılıb
  • da (də) 2018 Dec 06
  • Göndərən مدير سايت Aran News