Türkiyədə Milli Hərəkat Partiyasının sədri deyib ki, Ərəbistan və əmirliklər dünya müsəlmanlarının kürəklərinə sancılmış zəhərli xəncərlərə bənzəyirlər.
Arannews-Dövlət Baxçalı Ərəbistan və əmirlikləri Türkiyə daxil olmaqla islami ölkələrə qarşı fitnəkarlıqlarda ittiham edib. O, vruğulayıb ki, ali-səud rejimi özünün region ölkələrindəki cinayətləri barədə cavabdeh olaraq, onun əvəzini ödəməlidir.Türkiyədə Milli Hərəkat Partiyasının sədri sonra bildirib: Ərəbistan və əmirliklər və Fars Körfəzi ətrafındakı bəzi ərəb ölkələri region ölkələrində Amerikanın himayəsi altında olan terrorçulara təlim, maliyyə, pul, silah və logistik köməklər edirlər.Baxçalı söyləyib: Ərəbistan və əmirliklərin terrorizmi himayə etmələrinin İslam dini ilə heç bir əlaqəsi yoxdur və həmin hərəkətlər bu müqəddəs dinin prinsiləri ilə uyuşmur.