Tarix : 2018 Dec 06
Kod 57118

Binəli Yıldırım Tehrana gəlir

Türkiyənin parlament sədri Binəli Yıldırım Tehranda keçirilməsi planlaşdırılan terrorizmlə mübarizə mövzusundakı konfransda iştirak etmək üçün İrana gəlir.

İslamazeri.com xəbər verir ki, Ankara hava limanında Çin, Qırğızıstan və İrandan ibarət region turuna başlamazdan əvvəl bir açıqlama verən Yıldırım Türkiyə baxımından terrorla mübarizə və terror standartları haqqında ixtilafları bir kənara qoymağın çox vacib olduğunu bildirib.Yıldırım həmçinin İran səfərinin məqsədini 6 ölkənin parlament sədrlərinin iştirakı ilə keçiriləcək konfransda iştirak etmək və PKK və FETÖ kimi terror təşkilatları ilə mübarizədə əməkdaşlığı artırmaq yollarını müzakirə etmək olduğunu vurğulayıb.

  • Yazılıb
  • da (də) 2018 Dec 06
  • Göndərən مدير سايت Aran News