US Today qəzeti öz son nömrəsində vurğulayaraq bildirib ki, Amerikanın gələcək prezidentinin kim olacağından asılı olmayaraq , İraqın təhlükəsizliyinin təmini üçün amerikalı qüvvələr oradan çıxmalıdır
Azerbaijan Servisi/Aran Agentliyi
Amerikada çıxan bir qəzet İraqda təhlükəsizliyin təmini üçün əcnəbi qüvvələrin oradan çıxmasının zəruriliyini qeyd edib.
Frans Pressin məlumatına görə, US Today qəzeti öz son nömrəsində vurğulayaraq bildirib ki, Amerikanın gələcək prezidentinin kim olacağından asılı olmayaraq , İraqın təhlükəsizliyinin təmini üçün amerikalı qüvvələr oradan çıxmalıdır.
İraqdakı amerikalı qüvvələrin 146 min nəfər olduğu qeyd olunur .
Amerikanın özündə də, İraqın işğalı ilə bağlı sərt mövqelərin və ağır tənqidlərin səsləndirilməsinə baxmayaraq bəzi ölkələrin əsgərləri də, işğalçı qüvvələr tərkibində İraqda xidmət edirlər.
Son günlər İraqda işğalçı qüvvələr tərkibində xidmət edən Az. R-nin bir əsgəri öz həyatını itirdi.
Onun ölümünün təfərrüatı barədə məlumat yayılmadı.