İraq dövləti və xalqının İŞİD üzərində qələbəsinin ildönümü rəsmi tətil elan olundu.
Arannews-Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, İraq Baş Nazirlik Şurası qarşıdan gələn bazar ertəsi gününü (10 dekabr) İraq dövləti və xalqının İŞİD üzərində qələbəsinin ildönümü münasibətilə rəsmi tətil günü elan edib. Qeyd edək ki, ötən ilin dekabr ayında İraq baş naziri Heydər Abadi İŞİD terror qruplaşmasının İraqda məğlub olduğunu elan etmişdi.