Tarix : 2018 Dec 07
Kod 57124

Emənistan hökuməti üçün növbəti şok - gizli telefon danışıqları yayıldı

Ermənistanı silkələyən növbəti sensasion telefon dinləmələrinin səs yazısı yayılıb.

Arannews-Hədəf14.az   bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, internetdə yayılan telefon danışıqları Ermənistanın yüksək çinli şəxslərinin telefon danışıqlarıdır. Bu dəfə telefon danışığı dinlənilən şəxslər sırasında Artur Vanetsyan və Sasun Xaçatryan da var. Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla danışığı da yazılıb. Məlumatda deyilir ki, telefon danışıqlarında söhbət KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və eks-prezident Robert Köçəryan ətrafında gedib.

Məlum olduğu kimi, adları çəkilən hər iki şəxsin himayəçiləri Rusiyadadır. Bu mənada telefon danışıqlarının dinlənilərək yayılmasının təsadüf olmadığını demək olar.

Hər halda, növbədənkənar seçkilərə günlər qalmışkən hökumət başçısının telefon danışıqlarının yayılması N.Paşinyan üçün şok sürprizdir. Paşinyan bu danışıqlarda qeyri-adi heç nəyin olmadığını deyib. Təbii ki, seçki təbliğatı dönəmində belə deməlidir.Telefon danışığının İrəvandan Moskvaya cavab xarakterli bəyanatlar verilməsindən və Rusiya səfirliyini qəzəbləndirən məlumatların yayılmasından sonra üzə çıxması da maraqlıdır.


  • Yazılıb
  • da (də) 2018 Dec 07
  • Göndərən مدير سايت Aran News