Tarix : 2018 Dec 07
Kod 57125

Rusiya Bakıya bu raketi satmaqdan imtina edib

Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə edilməsi kimi niyyətimiz də olmayıb.

Arannews-Bu sözləri Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, eyni zamanda Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir.Qeyd edək ki, son günlər “Kommersant” qəzeti “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayılıb.


  • Yazılıb
  • da (də) 2018 Dec 07
  • Göndərən مدير سايت Aran News