Tarix : 2018 Dec 08
Kod 57127

İŞİD-ə qoşulan 3 azərbaycanlıya ağır cəza verildi

İŞİD-in tərkibində döyüşlərdə iştirak etməkdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Arannews-Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD" terror qruplaşmasının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Feyruz Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Emin Quliyevin 13 il, Asim Baxışov və Feyruz Əliverdiyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər. İttihama görə, adıçəkilən şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu silah "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

 Elan olunmuş ittihamla hər üç şəxs özlərini təqsirli bilmədiklərini deyirlər.

  • Yazılıb
  • da (də) 2018 Dec 08
  • Göndərən مدير سايت Aran News