Tarix : 2018 Dec 08
Kod 57128

Həbsdə də Paşinyana qarşı savaşacağam - Köçəryan

Ermənistan Apeliyasiya Məhkəməsi mənim həbsim haqqında qərarı hökumətin sərt təzyiqləri altında verib.

Arannews-Axar.az xəbər verir ki, bu bəyanatı Ermənistanın eks-prezidenti Robert Köçəryan yayıb.“Onu qeyd etmək kifayətdir ki, məni ittiham edən tərəf məhkəmədə baş prokurorun rəhbərlik etdiyi 6 nəfərlə təmsil olunurdu. Bu isə bizim yeni tariximizdə görülməmiş hadisədir. İşə baxan hakim kobud qanun pozuntuları ilə seçilib, hökumətyönlü mətbuat isə məhkəmənin qərarını gözləmədən mənim həbs qərarımı dərhal dərc edib. Biz dəfələrlə bəyan etmişik ki, baş verənlər şəxsi hesablaşma, mən və mənim ailəmə qarşı əsl vendettadır” – deyə o bildirib.O, əvvəl-axır azadlığa çıxacağını və onu həbs edənlərin, tezliklə, qanun qarşısında cavab verəcəyini söyləyib. Köçəryan həbsdə də siyasi mübarizəsini davam etdirəcəyini deyib.Qeyd edək ki, Köçəryan dünən həbs edilib.

  • Yazılıb
  • da (də) 2018 Dec 08
  • Göndərən مدير سايت Aran News