Tarix : 2018 Dec 08
Kod 57129

İham Əliyevlə Nikol Paşinyan əsirlərin dəyişdirilməsindən danışıblar

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində görüşüblər.

Arannews-Görüş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında baş tutub.Toplatı ilə bağlı "Azərtac”-a müsahibə verən Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib ki, tərəflər əsirlərin "hamının hamıya” prinsipi əsasənda dəyişdirilməsinin mümkünlüyünü müzakirə ediblər:«Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, «hamının hamıya» prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır». Hikmət Hacıyevin fikrincə, belə dəyişmə danışıqlar prosesinə müsbət təsir göstərə bilər.Şöbə müdiri onu da deyib ki, İ.Əliyevlə N.Paşinyanın görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması və atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsi də müzakirə edilib:«Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir».

  • Yazılıb
  • da (də) 2018 Dec 08
  • Göndərən مدير سايت Aran News