Tarix : 2008 Jul 07
Kod 5713

İRANLI TƏLƏBƏLƏRDƏN CORC BUŞA MƏKTUB

Yazılan məktubda, daha çox baş verə biləcək İran-ABŞ müharibəsinin nəticələri mövzusunda xəbərdarlıqlar yer alıb
Iran Servisi/Aran Agentliyi
"Haqsızlığa və zorakılığa qarşı mübarizə mədəniyyəti İranlı gənclərdə hələ var və təzədir".

"Haqqımızı və xalqımızı qorumaq üçün canımızı fəda etməyə hazırıq".

"Düşmənləri Bəsrə Körfəzinə tökmək üçün dəqiqələr sayırıq".

Bu sözləri İranlı tələbələr ABŞ prezidentinə yazdıqları məktubda qeyd ediblər.

"Birlik-Azərbaycan" İnformasiya Agentliyinin "Dünya Bülleteni" saytına istinadən verdiyi xəbərə görə, İranlı universitet tələbələri, ABŞ Başçısı Corc Buşa xitab olaraq məktub yazıb. Yazılan məktubda, daha çox baş verə biləcək İran-ABŞ müharibəsinin nəticələri mövzusunda xəbərdarlıqlar yer alıb.

İranda 37 universitetdəki tələbələrin fikirlərini əks etdirən məktubda, "ABŞ-ın İrana hücum tənzimləməsinin öz məzarını qazmaqla olduğu" fikiri qabarıq şəkildə bildirilib.
İranlı tələbələrin yazdığı məktubda, "Haqsızlığa və zorakılığa qarşı mübarizə mədəniyyəti İranlı gənclərdə hələ canlı və təzədir. Haqqımızı və xalqımızı qorumaq üçün canımızı fəda etməyə hazırıq. Düşmənləri Basra Körfəzinə tökmək üçün dəqiqə sayırıq" ifadəsi istifadə edilib.

Ağ Ev idarəçilərini, "siyonistlərin oyuncağı" olmaqla günahlandıran tələbələr, "İsrailin mənfəətləri üçün İrana qarşı səhv bir addım atmayın" xəbərdarlığını edib.

"Macəraçı siyasətlərin ABŞ-a baha başa gələcəyi" ifadə olunduğu məktubda, "Amerikan əsgərlərinin dünyalarını cəhənnəmə çevirmək üçün səbrsizlənirik" ifadəsi də əks olunub.

Qeyd edək ki, Məktubun, son dövrdə ABŞ və İsrail tərəfindən İrana qarşı hücum hədəsinin artması üzərinə qələmə alındığı ifadə olunub.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 07