Tarix : 2018 Dec 08
Kod 57131

37-ci qayıdış haqqı yürüşlərində 17 fələstinli yaralanıb

Sionist rejim hərbçiləri qayıdış haqqı yürüşlərində iştirakçıların üzərinə atəş açaraq 17 fələstinlini yaralayıblar.

Arannews-İRİB-in verdiyi məlumata görə, 37-ci qayıdış haqqı yürüşləri dünən "Böyük daş intifazəsi" adı altında keçirildi. Bu din yürüşlərə 30 mart torpaq günündə Qəzzə zolağında start verilmişdir. Qayıdış haqqı yürüşlərinin başlanmasından bəri 240-dan çox fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib və 25 mindən çox fələstinli yaralanıb. Torpaq günü 1976-cı il 30 martda fələstinlilərin torpaqlarının sionist rejim tərəfindən müsadirə edilməsini xatırlayır. Sionist rejim fələstinlilərin torpaqlarını müsadirə etmək və orada sionist qəsəbələr salmaqla ərazidə etnik tərkibi dəyişmək və öz işğalçılığını təsbit etməyi planlaşdırır.

  • Yazılıb
  • da (də) 2018 Dec 08
  • Göndərən مدير سايت Aran News