Tarix : 2018 Dec 08
Kod 57134

Azərbaycanda terrorçuların dəfn yeri açıqlanmayacaq

Azərbaycanda terrorçuların cənazələri qohumlarına verilməyəcək və dəfn yeri açıqlanmayacaq.

Arannews-yeni təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb.Qaydaya əsasən, kimsəsiz şəxslərin, terror aktının iştirakçılarının və ondan zərər çəkən naməlum şəxslərin, qanunsuz miqrantların dəfn edilməsi xərcləri bələdiyyələr tərəfindən həyata keçirilir.Azadlıqdan məhrumetmə yerlərində və ya sosial xidmət müəssisələrində ölən şəxslərin cənazəsi onların qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, azadlıqdan məhrumetmə yerinin rəisi və ya sosial xidmət müəssisəsinin müdiriyyəti cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.Tibb müəssisəsində ölmüş şəxsin meyitinin məhkəmə-tibb və ya patoloji anatomik müayinəsi üçün göstəriş olmadıqda, cənazə həmin tibb müəssisəsi tərəfindən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onu dəfn edəcək digər şəxslərə verilir. Meyit sahibsiz olduqda, tibb müəssisəsi cənazənin dəfninin bələdiyyələrin vəsaiti hesabına təmin edilməsi üçün həmin əraziyə yaxın olan qəbiristanlığın aid edildiyi bələdiyyəyə müraciət edir.

  • Yazılıb
  • da (də) 2018 Dec 08
  • Göndərən مدير سايت Aran News