Yəmənin Ənsarullah hərəkatının sözçüsü Stokholm sülh müzakirələrində təcavüzkar səud koalisiyasının Yəməndə iranlı qüvvələrin olmalarına dair iddiasını əsassız adlandırıb.
Arannews-Əbdulmalik əl-Əcri həmçinin təcavüzkar səud koalisiyasının Ərəbistana atılan raketlərin İran raketləri olmalarına dair ittihamlarını rədd edib. Vurğulayıb ki, ölkəsinin təcavüzkarlarla döyüşdə istifadə etdiyi raketlər tamamilə yerlidir və Yəməndə istehsal olunur.Təcavüzkar səud koalisiyası Yəmənə təcavüzünün əvvəlindən bəri dəfələrlə iddia edibdir ki, İran İslam Respublikası Yəməndə iştirak edir və bu ölkəyə silah və raket göndərir. Bu iddia dəfələrlə yəmənli rəsmilər tərəfindən təkzib edilibdir.Yəmənli rəsmilər daim vurğulayıblar ki, bu ölkə ordusunun müdafiə qüdrəti tamamilə yerlidir və bu qüdrət Yəmənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə baxmayaraq, hər gün artmaqdadır.