Tarix : 2018 Dec 11
Kod 57162

Yəmənin Ənsarullah Hərəkatı: Sülh müzakirələri uğursuz olarsa, mübarizədən başqa yol qalmır

Yəmənin Ənsarullah Hərəkatının İsveçdə cərəyan edən sülh müzakirlərindəki nümayəndə heyətinin sədri: Əgər təcavüzkar koalisiya Yəməndə sülhə mane olarsa, düşmən ilə mübarizədən başqa yol qalmır.

Arannews-İRNA-nın məlumatına görə, Məcid Əbdüssəlam bazar günü axşam İsveçdə Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələri ilə görüşdüyünü deyərək, bildirib: Bu görüşlərdə siyasi müzakirələrdə ciddi olması üçün Ərəbistana təzyiqlərin göstərilməsini istədik. Yəmənin Ənsarullah Hərəkatının rəhbər üzvlərindən olan Məhəmməd Əbdüssəlam Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın cinayət törətməyə adət etdiyini deyərək, bildirib: Yəmənin milli müzakirə heyəti düşmənin Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumlarını artırdığı bir şəraitdə müzakirələrdə tam ciddi formada iştirak edir. Yəmənin Ənsarullah Hərəkatının İsveç sülh müzakirələrindəki heyətinin sədri şənbə günü axşam da təslim olmaq üçün yox, sülh üçün İsveçə gəldiklərini deyərək, Ərəbistanın başçılıq etdiyi koalisiyanın hücumlarını dayandırmasını istəmişdi. Yəmən sülh müzakirələrinin dördüncü mərhələsi BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsin iştirakıilə İsveçin Stokholm şəhərində cərəyan edir. Bu müzakirələrin ilk öncə sentyabrın 6-da keçirilməsi planlaşdırılmışdı. Amma, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin pozuculuğu ilə bu iclas təxirə salındı. Yəmən böhranı ilə bağlı siyasi danışıqlar hər dəfə Ərəbistan və müttəfiqlərinin pozuculuğu ilə nəticəsiz başa çatıb. Ərəbistan ABŞ, BƏƏ və bir sıra Qərb və Ərəb ölkəsinin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hücumlara başlayıb. Hazırda Yəmənə havadan, dəni zdən və qurudan mühasirədə saxlayan Ərəbistan intensiv olaraq bu ölkəni bombardman edir. Ölkəni viran etmək məqsədi daşıyan hücumlarda indiyə kimi bütün sivil infrastrukturlar məhv edilib, on minlərlə mülki ölüb, milyonlarla insan evsiz qalıb. Ölkəyə humanitar yardımların gətirilməsinə icazə verilmir. Dünyanın ən yoxsul ölkəsi aclıq və qıtlıq ilə üzləşib. Dünyanın gözləri önündə bir ölkə kütləvi şəkildə məhv edilir.


  • Yazılıb
  • da (də) 2018 Dec 11
  • Göndərən مدير سايت Aran News