Tarix : 2018 Dec 11
Kod 57163

İsrail Səudiyyə rejimi ilə münasibətlərini rəsmiləşdirmək istəyir

Həmçinin İsrail və ərəb rejimləri arasında hərbi və casusluq sahələrindəkı sıx əməkdaşlıq edildiyi istiqamətində bəzi hesabatlar da diqqət çəkir.

Arannews-İsrail Baş naziri Benyamin Netanyahu amerikalı rəsmilərin əməkdaşlığı ilə Səudiyyə Ərəbistanı ilə İsrailin münasibətlərini rəsmiləşdirmək və bunu da işğal altındakı Fələstində keçirilməsi gözlənilən seçkilərdən əvvəl etmək istəyir.Xəbəri yayan İsrail mediası bu prosesə İsrailin casusluq təşkilatı olan "Mossad"-ın sədri və Vaşinqton rəhbərliyinin yardımçı olduqlarını bildirib.İslamazeri.com xəbər verir ki, Benyamin Netanyahu son bir neçə ildə dəfələrlə İsrail ilə Ərəb əmirlikləri arasındakı münasibətlərin normallaşmağa başladığından bəhs etmişdi.Həmçinin İsrail və ərəb rejimləri arasında hərbi və casusluq sahələrindəkı sıx əməkdaşlıq edildiyi istiqamətində bəzi hesabatlar da diqqət çəkir.


  • Yazılıb
  • da (də) 2018 Dec 11
  • Göndərən مدير سايت Aran News