Tarix : 2018 Dec 12
Kod 57172

Əl-Husi: Səna hava limanının məhdud fəaliyyətinə icazənin verilməsi Yəmən xalqının ağrılarını azaltmayacaq

Yəmən İnqilabı Ali Komitəsinin sədri Ərəbistanın İsveçdə cərəyan edən sülh müzakirələrindəki nümayəndə heyətinin Səna hava limanının məhdud şəkildə fəaliyyətinə icazənin verilməsinə dair təklifi haqda deyib: Onlar Yəmən xalqının ağrı və acılarının daha da artmasını istəyirlər.

Arannews-Yəmənin Əl-Məsirə informasiya kanalının internet portalının verdiyi məlumata görə, Məhəmməd Əli Əl-Husi deyib: Ər-Riyadın Səna hava limanında sadəcə daxili uçuşlar üçün istifadəyə icazənin verilməsinə dair təklifi BMT-nin beynəlxalq qanunların və insan haqlarının pozulmasına heç bir əhəmiyyət verməməsi mənasındadır. BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifits bazar ertəsi günü verdiyi açıqlamada tezliklə Səna hava limanının fəaliyyətinə icazənin veriləcəyinə dair ümidvarlıq etmişdi. Yəmənin Milli Qurtuluş Hökumətinin sözçüsü Zeyfullah Əl-Şami isə deyib: Dünyanın Beynəlxalq İnsan Haqları Deklarasiyasının qəbul edilməsinin 70-ci ildönümünü byaram etdiyi bir vaxtda Səudiyyə rejimi beynəlxalq qanunlar və insan haqlarına zidd olaraq Yəmən xalqına qarşı cinayətlərini və bombardmanlarını davam etdi

  • Yazılıb
  • da (də) 2018 Dec 12
  • Göndərən مدير سايت Aran News