Tarix : 2018 Dec 12
Kod 57173

Bəşşar Əsəd: Suriyanın qalan torpaqlarını da geri alacağıq

Suriya prezidenti deyib: Terrorçuların işğalı altında olan əraziləri tezliklə geri alacağıq.

İRİB-nin verdiyi məlumata görə, Bəşşar Əsəd "Oman Deyli" qəzetiilə müsahibədə hazırda Dəməşqin nəzarəti altında olmayan İdlib vilayəti və Fərat çayının şimal və şərq sahilləri haqda deyib: Bu ərazilər tezliklə geri alınacaq. Çünki, bir qarış torpağımızın da Suriyadan ayrı düşməsinə icazə verməyəcəyikƏsəd Suriya əleyhinə savaşın 20 il öncədən başlandığını və 2011-ci il hadisələrinin başlanğıc nöqtəsi olmadığını deyərək, əlavə edib: 1967-ci ildən kütləvi informasiya vasitələri məqsədyönlü şəkildə yalan informasiyalar yaymağa başladılar. Və 2011-ci ildə terrorçu qruplaşmaların bəzi ölkələrin dəstəyi ilə hücum etməsi ilə Suriyaya qarşı savaş yeni mərhələyə daxil oldu. Bəşşar Əsəd Suriyada böhran  yaradan bütün xarici amilərin məhv edildiyini deyərək, əlavə edib: Suriya hökumətinin məqsədi yaxın gələcəkdə regiondakı mövqeyini yenidən bərpa etməkdir.

  • Yazılıb
  • da (də) 2018 Dec 12
  • Göndərən مدير سايت Aran News