Tarix : 2018 Dec 12
Kod 57174

Fələstinin haqq səsi ABŞ və İsrailin arzusunu ürəklərində saxladı

Fələstinin haqq səsi ABŞ və İsrailin arzusunu ürəklərində saxladı

Arannews-Hədəf14.az  Felestin.info - ya istinadən xəbər verir ki, ötən həftə ABŞ-ın təşəbbüsü ilə BMT Baş Assambleyasında HƏMAS əleyhinə səsverməyə çıxarılan qətnaməlayihəsi lazımi qədər səs toplamayaraq rədd edildi.Xəbər verdiyimiz kimi 193 üzv dövlətdən ibarət Assambleyada dünən baş tutmuş iclasda dövlətlərin 87-si qətnamənin lehinə, 57-si əleyhinə, 33-ü isə bitərəf səs verdi. Əksər ölkələr anti-HƏMAS qətnaməsini dəstəkləsə də, bu lazım olan üçdəiki miqdarında həddə çatmayıb və qətnamə rədd edildi.Qətnamə layihəsində HƏMAS təşkilatı İsrailin nəzarətində olan ərazilərə raket hücumları həyata keçirməkdə və İsrailə tərəf alışıcı maddələr daşıyan çərpələnglər uçurmaqda ittiham edilirdi.HƏMAS hərəkatı səsvermənin nəticəsilə bağlı açıqlama yayaraq qətnamənin əleyhinə səs vermiş ölkələrə təşəkkürünü ifadə edib və bunu Fələstin xalqının qanuni hüquqlarına verilən dəstək kimi qiymətləndirib. Əsasən Qəzza sektorunda fəaliyyət göstərən hərəkat bəyan edib ki, əsl terrorizm İsrailin Fələstinə qarşı apardığı işğalçılıq siyasətidir və dünya ölkələri bu işğalçılığı qınamalıdır. Mərkəzi Rəmallahda yerləşən "Fəth" hökuməti də səsvermənin nəticəsini alqışlayıb.Qeyd edək ki, Azərbaycan da daxil olmaqla əksər müsəlman ölkələri, eləcə də Rusiya və Çin Fələstin hərəkatına dəstək olaraq qətnamə layihəsinin əleyhinə səs veriblər.Bu mövzunu tanınmış braziliyalı karikaturaçı Karlos Latuf olduqca mənalı təsvir edib.

  • Yazılıb
  • da (də) 2018 Dec 12
  • Göndərən مدير سايت Aran News