Tarix : 2018 Dec 12
Kod 57175

Şəhid anasını döydülər, Şəhid övladını həbs etdilər

Bu gün Şəhid ailələri yenə də şikayətlərinə baxılması üçün paytaxta üz tutublar

Arannews-Birdəfəlik müavinət almalı olan Şəhid ailələri polis işçilərinin və mülkigeyimlilərin təzyiqinə məruz qalıb.Qeyd edək ki, prezident İlham Əliyev bu ilin aprelində 1991-1997-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan şəxslərə 11 min manat müavinət verilməsi barədə fərman imzalayıb. Fərmanın icrasına oktyabrın 9-da başlanılıb. Lakin Şəhid ailələri məhz bu sərancamdan sonra onların adından yararlanaraq kimlərinsə pul yediklərini fərq ediblər və dəfələrlə bu şikayətlərini deputatlara, ölkə başçısına çatdırmaq üçün yürüş etsələr də buna nail ola bilməyiblər.

  • Yazılıb
  • da (də) 2018 Dec 12
  • Göndərən مدير سايت Aran News