Tarix : 2018 Dec 12
Kod 57176

Türkiyənin ABŞ-dakı səfirliyinin 3 əməkdaşı həbs oluna bilər

Türkiyənin Vaşinqtondakı səfirliyində iki diplomat və bir inzibati məmur barəsində istintaq başladılıb.
Arannews-"Sputnik"ə istinadən bildirir ki, hər 3 şəxs "FETÖ" şəbəkəsi ilə yaxın münasibətdə ittiham olunur.Barəsində istintaq başladılanlar səfirin müşaviri Cum Ulusoy, mətbuatla əlaqələr vəzifəsini icra edən Cəlil Ərdoğan və onun həyat yoldaşı, eyni zamanda inzibati məmur olan Mehtap Ərdoğandır."Hürriyyət" qəzetinin suallarını cavablandıran səfirlik mənbələri, sözügedən şəxslərin inzibati qərarla səlahiyyət müddətləri başa çatmamış Ankaraya çağırdıqlarını təsdiqləyib.
"Sentyabrda geri qayıtmalı olsq da, indidən Ankraya çağırdılar. Səbəbi haqqında bizim də məlumatımız yoxdur. Qəribə və çətin bir dövrdən keçirik. Xeyirlisi",-deyə Cəlil Ərdoğan Türkiyə mediasına açıqlama verib
  • Yazılıb
  • da (də) 2018 Dec 12
  • Göndərən مدير سايت Aran News