Tarix : 2018 Dec 12
Kod 57177

NATO-nun Baş Komandanı ilə Gerasimov Bakıda görüşəcək

Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilək
Arannews-İslamazeri.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib.Skaparrotti dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib.O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb.Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd etdi, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirib.

  • Yazılıb
  • da (də) 2018 Dec 12
  • Göndərən مدير سايت Aran News