Tarix : 2018 Dec 13
Kod 57179

Türkiyə ABŞ-ı "xəyanətkar" andlandırdı: Buna göz yummayacağıq

Türkiyə XİN başçısı ABŞ və YPG əlaqələri haqda danışıb.
Arannews-İslamazeri.com- istinadən verdiyi xəbərə əsasən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, ABŞ-ın Suriyada YPG döyüşçülərinə təlim keçməsi olduqca səhv addımdır və region maraqlarına xəyanətdir.Onun sözlərinə görə, rəsmi Ankara belə hərəkətlərə göz yummayacaq.Çavuşoğlu həmçinin jurnalist Qaşıqçının qətli mövzusuna da toxunub.O bildirib ki, G20 sammitinin əksər iştirakçılar Qaşıqçının qətlinin beynəlxalq araşdırılması təşəbbüsünə dair birgə addımlar atmağa hazır olduqlarını ifadə ediblər.Xatırladaq ki, rəsmi Ankara Suriya kürdlərinin YPG qruplaşmasını PKK terror təşkilatının qanadı hesab edir.

  • Yazılıb
  • da (də) 2018 Dec 13
  • Göndərən مدير سايت Aran News