İran və Azərbaycan Respublikası arasında birgə sərhəd əməkdaşlığına dair protokol imzalanıb
İran və Azərbaycan Respublikası qaçaqmalçılığa qarşı mübarizə sahəsində əməkdaşlıq protokolu imzalayıblar.
İranın sərhəd qoşunlarının komandanı briqada generalı pasdar Qasem Rezayi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bu protokolu çərşənbə axşamı günü Bakıda iki ölkənin sərhəd komandirlərinin 11-ci iclasının sonunda imzalayıblar.İmzalanmış protokol sərhəd qüvvələrinin informasiya mübadiləsi sahəsində, eləcə də İran və Azərbaycan Respublikasının ümumi sərhədində qaçaqmalçılıqla mübarizəyə dair qarşılıqlı əlaqəni əhatə edir.İran və Azərbaycan Respublikasının sərhəd komandirləri həmçinin bu iclasda iki ölkə arasında sərhəd keçidlərinin aktual vəziyyətini müzakirə edib və İran və Azərbaycan Respublikası sərhədçilərinin narkotik qaçaqmalçılığı, beynəlxalq terrorizm və qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq tərzini araşdırıblar.Sərhəd təhlükəsizliyi və sərhəd cinayətlərinə qarşı mübarizədə qarşılıqlı əlaqələr iki tərəfin digər danışıq predmetlərindən olubdur.İran İslam Respublikasının sərhəd qoşunlarının komandanı briqada generalı pasdar Qasem Rezayi bazar ertəsi günü gecə bir nümayəndə heyəti ilə Bakıya gəlib. General Rezayi həmçinin İran və Azərbaycan Respublikası sərhəd qoşunları komandirlərinin 11-ci iclasının kənarında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və daxili işlər naziri Ramil Usubovla da görüşüb.