Tarix : 2018 Dec 13
Kod 57182

Həbsdəki jurnalistin telefon danışıqlarının dinlənildiyi bildirilir

Hazırda həbsdə olan jurnalist Əfqan Muxtarlının ailəsi ilə telefon danışıqları dinlənilir.

Arannews-Bu barədə Meydan TV-yə danışan jurnalistin mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva bildirib ki, "Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında” qanunda məhbusun telefon danışıqlarının dinlənilməsi qadağandır.O deyib ki, 16 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı qanunun tələbinə məhəl qoymadan telefon nömrəsinin Əfqan Muxtarlı tərəfindən yığılmasına da qadağa qoyur və jurnalist telefonla danışdığı zaman onun yanında dayanaraq, dinləyir:"Əgər əvvəl Əfqan Muxtarlıya kartla danışığa icazə verirdilərsə, indi poçtla calaşdırır və ordan zəng etdirirlər. Bunun xərci isə 2 dəfə baha olur. Ən biabırçı hadisə isə mənim səsimi yazıb, Əfqanın zəng vuranda ona avtomatik qoşmalarıdır. Ancaq həyat yoldaşım bunu hiss edəndən sonra etiraz edib”.L.Mustafayeva bildirib ki, nömrənin cəmi bir dəfə yığılmasına icazə verilir, həmin vaxt telefona cavab verilməsə, təkrar nömrəni yığmağa icazə vermirlər."Qanunda heç bir qadağanın olmamasına baxmayaraq məhbus jurnalistə digər ailə üzvləri və qanuni maraq kəsb edən şəxslərlə danışmağa icazə verilmir”.Onun sözlərinə görə, Əfqan Muxtarlı qarşılaşdığı bu hallarla əlaqədar Ədliyyə Nazirliyinə şikayət hazırlayıb."Amma 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi şikayətin göndərilməsinə imkan vermir. Jurnalisti siyasi əhəmiyyət kəsb edən kitablardan da məhrum ediblər”.Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərəkAzərbaycan tərəfinə təhvil verilib. Bu zaman cibinə 10 min avro pul qoyulub.Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə günahkar biliblər.Ə.Muxtarlıya məhkəmənin qərarı ilə 6 il müddəyinə azadlıqdan məhrumetmə cəzası verilib.Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

  • Yazılıb
  • da (də) 2018 Dec 13
  • Göndərən مدير سايت Aran News