Tarix : 2018 Dec 14
Kod 57189

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Arannews-Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, dekabrın 12-də ölkədə 119 cinayət faktı qeydə alınıb, onların da 13-ü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 36 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Dec 14
  • Göndərən مدير سايت Aran News