Tarix : 2018 Dec 15
Kod 57194

Əliyev və Lavrov ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

Azərbaycan Respublikasının prezidenti və Rusiyanın xarici işlər naziri ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafını vurğulayıblar.

Arannews-Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib ki, 2018-ci ildə iki ölkənin əlaqələri xüsusən şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində olduqca səmərəli olubdur.Azərbaycan Respublikasının prezidenti həmçinin bildirib ki, Lavrovun Bakı səfərində Ermənistanla Qarabağ münaqişəsinin həll yolları araşdırılacaq. O, ümid etdiyini bildirib ki, 2019-cu ildə bu münaqişənin həllində irəliyə doğru addım atılacaq.Rusiyanın xarici  işlər naziri Sergey Lavrov da ikitərəfli əlaqələrin müxtəlif sahələrdəki səviyyəsindən razılıq edərək, deyib: Azərbaycan Respublikası ilə beynəlxalq sahələrdə, o sıradan BMT, Avropa Şurası və ATƏT-dəki birgə fəaliyyət Rusiya üçün xüsusi önəmə malikdir.Lavrov deyib: Moskva Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan Respublikası ilə Ermənistan arasındakı danışıqların davamına maraqlıdır.

  • Yazılıb
  • da (də) 2018 Dec 15
  • Göndərən مدير سايت Aran News