Tarix : 2018 Dec 15
Kod 57197

Kollegiya 7 vəkili cəzalandırıb

Vəkillər Kollegiyası Rəyasət Heyəti daha 7 vəkili cəzalandırıb. Onlardan ikisinin Vəkillər Kollegiyası üzvlüyündən kənarlaşdırılması üçün məhkəməyə müraciət edilməsinə qərar verilib.

Arannews-Bu haqda Vəkillər Kollegiyasının (VK) dekabrın 14-də yaydığı məlumatda bildirilir.Vəkillərin cəzalandırılması barədə qərarlar kollegiyanın Rəyasət Heyətinin dekabrın 13-də keçirilmiş iclasında qəbul edilib.Rəyasət Heyətinin ümumilikdə vəkillər barəsində başlanılmış 40 intizam icraatı barədə rəylərə baxdığı bildirilir. Müzakirələrin yekununda 2 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub. Kollegiyanın məlumatına görə, həmin vəkillər üzrlü səbəb olmadan üzvlük haqqını 6 aydan artıq müddətə ödəmədiklərinə görə cəzalandırılıblar.Vəkillə bağlı müəyyən edilmiş səlahiyyətləri aşmaqla qanunvericiliyin tələblərini pozduğu deyilən daha bir Kollegiya üzvünün isə fəaliyyəti 6 ay müddətinə dayandırılıb.Daha 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verildiyi bildirilir. Bu cəzaların səbəbələri açıqlanmır. Cəzalandırılan vəkillərin adları da açıqlanmayıb.27 iş üzrə pozuntu aşkar edilmədiyi, 5 intizam işi üzrə isə əlavə araşdırma aparılacağı bildirilir.Vəkillər Kollegiyası bundan əvvəl - sentyabrda dörd, oktyabrın sonunda isə 2 vəkilin fəaliyyətinin dayandırılmasına qərar vermişdi.

  • Yazılıb
  • da (də) 2018 Dec 15
  • Göndərən مدير سايت Aran News