Tarix : 2018 Dec 15
Kod 57198

Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb

Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətini təmin etməyib.

Arannews-Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətini təmin etməyib. Məhkəmə Kərimlinin 2500 manat məbləğində cərimə edilməsi barədə Səbayil Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə vəkil Fuad Ağayev bildirib.Noyabrın 17-də Milli Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanını kollektiv ziyarət zamanı 52 nəfər, o cümlədən AXCP lideri Əli Kərimli və Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli saxlanılıb.Həmin gün 41 nəfər azad buraxılıb, ancaq 11 fəal noyabrın 19-da məhkəmə qarşısında dayanıb. Onlardan üçü 20 sutkalıq həbsə məhkum edilib. Əli Kərimli də daxil olmaqla 8 nəfər cərimə edilib.(Amerikanın səsi)

  • Yazılıb
  • da (də) 2018 Dec 15
  • Göndərən مدير سايت Aran News