Tarix : 2018 Dec 15
Kod 57199

Azərbaycana qarşı casusluq edən 19 nəfər aşkarlanıb

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib.

Arannews-"İslaminSesi.info" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.Qeyd edilib ki, cari il ərzində xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olun­ub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərər­sizləşdirilib.

  • Yazılıb
  • da (də) 2018 Dec 15
  • Göndərən مدير سايت Aran News