Tarix : 2018 Dec 16
Kod 57204

Ələvi: İran və Azərbaycan kəşfiyyat xidmətləri arasında yaxşı əməkdaşlıq var

İran İslam Respublikasının təhlükəsizlik naziri dünən gecə Bakıda Azərbaycan Respublikasının prezidenti ilə görüşündən sonra deyib: İran və Azərbaycan Respublikasının kəşfiyyat və təhlükəsizlik agentlikləri arasında yaxşı əməkdaşlıqlar mövcuddur.

Arannews-İRNA-nın verdiyi məlumata görə, Seyid Mahmud Ələvi deyib: Son 5 ildə İran və Azərbaycan Respublikasının təhlükəsizlik agentlikləri müsbət, konstruktiv və irəliyə doğru əməkdaşlıqlara malik olublar və bu da hər iki ölkə üçün davamlı təhlükəsizliyə təminat veribİran İslam Respublikasının təhlükəsizlik naziri deyib: İran və Azərbaycanı Respublikasının təhlükəsizlik xidmətləri müxtəlif sahələr o sıradan beynəlxalq terrorizm, mütəşəkkil cinayətlər, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə və informasiya mübadiləsində əməkdaşlıq edirlər. Seyid Mahmud Ələvi iki ölkə arasında tarixi, dini və mədəni ortaqlıqlara toxunaraq deyib: Bu ortaqlıqlar iki ölkə təhlükəsizliyinin biri-biri ilə əlaqədar olmasına səbəb olur. İranlı nazir Azərbaycan Respublikası rəsmiləri ilə danışıqlar aparmaq üçün Bakıya səfər edib. 

  • Yazılıb
  • da (də) 2018 Dec 16
  • Göndərən مدير سايت Aran News