Tarix : 2018 Dec 16
Kod 57206

Lukaşenko: Dedik ki, Serj, bu 5 rayonu Azərbaycana ver

Lukaşenko Rusiya və Belarusun Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı ilə bağlı təkliflər haqqında danışıb

Arannews-Belarus prezidenti Aleksandr Lukaşenko dekabrın 14-də Rusiya mətbuatının nümayəndələri ilə görüşdə Rusiya və Belarusun Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı ilə bağlı əvvəllər səsləndirilmiş təkliflər haqqında danışıb.Bu barədə “Belta” yazır.  Dövlət rəhbəri qeyd edib ki, bu məsələ hələ Yerevanda KTMT-nın sammitlərindən birində müzakirə olunub. O zaman Ermənistanın prezidenti Serj Sarkisyan idi. O, Ermənistan və Azərbaycan liderlərini güzəştli qərarlara gedərək, bu problemi birgə həll etməyə çağırmışdı. Bu zaman Belarus və Rusiya həmrəy mövqe tutmuş, həmçinin zərurət yaranarsa, müəyyən zəmanətin təminatı üçün əraziyə hərbi heyət daxil edəcəyini vəd etmişdi.“Sonra açıq-aydın dedi: bura bax, onlar necə deyirlər, 7 rayon işğal ediblər – 5-ni dəqiq, 2-ni yarıyadək. Və biz Putinlə həmrəy mövqe tutduq (bu, Yerevanda KTMT-da olmuşdu):“Serj, bu, 5 rayonu ver. Axı qaytarmamaq üçün əlində hansı səbəb var, onlar ki bomboşdur”. O dedi: “Mən qaytarsam, onlar orda yolu kəsəcəklər, Qarabağ və sairini işğal edəcəklər”. Və biz Putinlə dürüst şəkildə vəd etdik ki, qoşunlarımızı yeridəcək və buna yol verməyəcəyik (bunu azərbaycanlıların yanında söyləmişik). O dedi: “Yox, biz buna getməyəcəyik, biz bunu istəmirik””, - Belarus lideri qeyd edib.

Aleksandr Lukaşenko danışıb ki, bu, onun üçün təəccüblü olmuşdu: “Niyə istəmirlər? 5 rayon bomboşdur. Bu, birinci addımdır. Onda Azərbaycan da, Ermənistan da həm KTMT-də, həm də Avroasiya İqtisadi Birliyində olardılar. Azərbaycan yalnız həmin şərtlər altında bu təşkilatlara girə bilərdi. Siz niyə imtina etdiniz? Yaxşı, Belarusu qoyduq bir kənara, axı Rusiya bu rayonlar azad olunarsa, orda heç bir müharibənin olmayacağına zəmanət verəcəyi vədi ilə çıxış edib. Üstəlik, siz bu rayonların Azərbaycan torpaqları olduğunu etiraf edirsiniz. Bu, Qarabağ haqqında deyil”, - Prezident əlavə edib.O, münaqişənin sülh yolu ilə həllinin vacibliyini və bunun həm də xarici investorlar üçün mühüm amil olduğunu qeyd edib.Dövlət rəhbəri daha bir baş tutmayan layihə haqqında ilk dəfə danışıb. Onun sözlərinə görə, söhbət Azərbaycandan Gürcüstana qaz kəmərinin çəkilməsindən gedir. Belarus lideri bununla bağlı həmin ölkələrin rəhbərliyi ilə danışıb: “Onlar kəmər çəkirdilər. Məncə, qaz. O, Ermənistanın yanından ötüb keçib”.Aleksandr Lukaşenko xəbər verib ki, həmin vaxt o, Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayaraq, ona Ermənistan Prezidenti Serj Sarkisyanla tranzitin Ermənistandan təşkil olunması ilə bağlı danışmasını, bu layihənin hər iki tərəf üçün əlverilşli olmasını söyləyib.“Mən bu problemləri çözməyi təklif edirəm, boru məsələsini bir kənara qoyuram, üstəlik, Ermənistanın bərpa olunmasına kömək edirəm. Onda onların həddən artıq çox pulu vardı. Mən bundan sonra Serj Azatoviçin yanına getdim və bu sözləri ona ötürdüm. Yenə imtina etdilər. Amma yenə nə vaxtsa məsələ sülhlə bitəcək”, - Belarus lideri qeyd edib.

Böyük ehtimalla söhbət Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəmərinin, - bu kəmərlə Azərbaycandan Gürcüstana və Türkiyəyə qaz verilir, - inşasından gedirdi.Lukaşenkonun bəyanatlarını ciddi qəbul etmək lazım deyilMühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov Belarus prezidenti Lukaşenkonun bəyanatlarını ciddi qəbul etməyin tərəfdarı deyil.Ancaq Rauf Mirqədirov oxşar təkliflərin olduğunu da istisna etmir.O, Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə aparılan danışıqları xatırladaraq bildirib ki, hətta o zaman Belarus prezidentinin söylədiklərinə oxşar bir variant mümkün qədər razılaşdırılmışdı. Amma həmin danışıqlardan sonra cəbhə xəttində mürəkkəb vəziyyət yarandı.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Bununla belə, Rauf Mirqədirov Belarus prezidentinin səsləndirdiyi təkliflərin Ermənistanı və Azərbaycanı qane etmədiyini düşünür:“Məhz Rusiya qoşunlarının sülhməramlı adı ilə bölgəyə yeridilməsi Azərbaycanı qane etmir. Bu addım cəmiyyətdə ciddi gərginlik yaradar və İlham Əliyevin də bu varianta gedəcəyi inandırıcı deyil. Söhbət heç də 5 rayonun qaytarılmasından getmir, məsələ ondadır ki, qalan 2 rayon və Dağlıq Qarabağın taleyi tamamilə Rusiyadan asılı olur. Nəzərə alın ki, sonradan 2 rayonun qaytarılması üçün yenə Rusiyaya güzəştə getməliyik. Rusiyanın isə son illərdə beynəlxalq hüquq normalarını necə tapdadığını hamı görür. Əgər Azərbaycan hökuməti Rusiya ordusunun bölgədə yerləşdirilməsinə razı olarsa, bu, onların xalqları qarşısında cinayətdən də böyük səhv olardı. Bu, əslində, özümüzü Rusiyaya təslim etmək deməkdir”.Ermənistana da sərfəli deyilR.Mirqədirov deyilən variantın Ermənistanı da qane etmədiyinin bildirib:“Çünki əraziyə beynəlxalq qüvvələr yerləşdirilərsə, bu, Ermənistanda Rusiya bazalarını müəyyən qədər neytrallaşdırmış olacaq. Bu, Ermənistanın Qarabağ münaqişəsinin həllində təkcə Rusiyadan asılılığını götürəcək”.Siyasi icmalçı xatırladıb ki, Heydər Əliyevin hakimiyyəti zamanı Bakı və İrəvanın sülhməramlı qüvvələr ətrafında ciddi mübahisələri olub:“İki variant qismən razılaşdırılmışdı, birinici variant o idi ki, sülhməramlı qüvvələr arasında Minsk Qrupu həmsədr dövlətlərin nümayəndələri olmayacaq. İkinci variantda isə sülhməramlı qüvvələrin tərkibində Minsk Qrupu həmsədr dövlətlərinin təmsilçiliyi 30 faizdən az olur. Amma bu variantlar da alınmadı”.

Bu ilin fevralın 13-də deputat Rasim Musabəyov Ermənistan mediasına müsahibəsində bildirmişdi ki, Azərbaycanın Ermənistandan təcili və tam olaraq işğal olunan ərazilərdən çıxması tələbi, Ermənistanın isə cavab olaraq Dağlıq Qarabağda referendum keçirilməsi tələbi danışıqları dalana dirəyib:“Tərəflər bundan kiçik addımlarla hər şeyi birdən əldə etməsələr də, qarşılıqlı güzəştlər sayəsində bonuslar əldə edərək irəli getsinlər.Nümunə üçün, demək olar ki, çərçivə sazişi imzalandıqdan sonra 2-3 rayon azad edilir və bunun əvəzində Azərbaycan və Türkiyə Ermənistanın kommunikasiyalarını açırlar. Bu, elə də az deyil, çünki Ermənistan Türkiyə vasitəsilə Avropa və Yaxın Şərqə, Azərbaycan vasitəsilə İran, Rusiya, Mərkəzi Asiya və Çinə yol tapır”.Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

  • Yazılıb
  • da (də) 2018 Dec 16
  • Göndərən مدير سايت Aran News