Tarix : 2018 Dec 16
Kod 57210

İran texniki imkanlarına görə “S300” dən qat-qat güclü olan yeni “Bavər373” raket kompleksi hazırladı

Bu barədə “Xatəmul-ənbiya” İran Hava Hücumundan Müdafiə Komitəsinin rəisi Əli Rza Əl Hami danışıb.

 Arannews-“İslaminSesi” nin əl- Aləmə istinadən verdiyi xəbərdə bildirilir ki, “Bavər373” raket kompleksi İranın yerli istehsalıdır.Rza Əl Haminin bildirdiyinə görə kompleksin istehsalı tamamlanmaq üzrədir və yaxın zamanda silahlı qüvvələrə təqdim olunacaq.Həmçinin o bildirib ki, təzyiq və sanksiyalara baxmayaraq bu naliyyət iranlı mütəxssislərin böyük zəhməti və səyləri nəticəsində ərsəyə gəlib.Qeyd edək ki, “Bavər373” Rusiyanın “S300” raket kompleksindəndən daha mükəmməl hesab olunur və 300 km uzaqda olan hədəfi vurmaq, eyni anda bir neçə hədəfi zərərsizləşdirmək qabiliyyətinə malikdir.Həmçinin İran zenit kompleksinin “S300”-dən 1,5 dəfə artıq raket götürmə potensialına malik olduğu deyilir.S-300-lərin hədəf aşkarlama məsafəsi 200 km olduğu halda “Bavər373”-ün  imkanları 300 km-dir.“Bavər373”-ün hədəfləri barədə danışan “Xatəm Əl-Anbiya” Hava Qüvvələrinin Müdafiə Qərargahının komandir köməkçisi Şahrax Şahram bildirir ki, İrana qarşı olan təhdidlər bizə güclü 373 sistemini dizayn və istehsal etməyə vadar etdi.

 

  • Yazılıb
  • da (də) 2018 Dec 16
  • Göndərən مدير سايت Aran News