Tarix : 2018 Dec 16
Kod 57212

İran İraqa gündəlik 45 milyon dollarlıq məhsul ixrac edir

İran gündəlik təxminən 45 milyon dollar dəyərində, bəzi hallarda 70 milyon dollara qədər məhsulu İraqa ixrac e

Arannews-Bunu İran-İraq Birgə Ticarət Palatasının baş katibi Həmid Hüseyni deyib.Onun sözlərinə görə, İraq şirkətləri neft-qaz sahələrində podratçı formasında əməkdaşlığa dəvət olunub. Buna əsasən İran şirkətləri İraq şirkətlərinin adı altında tenderlərdə iştirak edir və bu vasitə ilə iraqın neft-qaz, texniki və mühəndislik layihələrində iştirak edirlər.Hüseyni əlavə edib: "İraq tenderlərdə podratçı layihələrin 20-30-ni yerli şirkətlərə verir. Bu şirkətlərin həmin layihələri icra etmək üçün lazımi potensialı yoxdur. İran şirkətləri onlarla əməkdaşlıq yolu ilə İraq layihələrinə daxil ola bilər.


  • Yazılıb
  • da (də) 2018 Dec 16
  • Göndərən مدير سايت Aran News