Tarix : 2018 Dec 17
Kod 57214

Azərbaycanın Qazax və Ağstafa istiqamətində sərhəd qoşunlarını yerləşdirməsini rusiyalı ekspert belə yozdu

Bu ilin əvvəlindən indiyədək 109 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib

Arabnnews-Azərbaycan rəhbərliyinin Ermənistanla sərhədin Qazax və Ağstafa rayonları istiqamətindən keçən hissəsində sərhəd qoşunlarını yerləşdirməsi Ermənistanla münasibətlər baxımından atılmış addımdır. FaktXəbər "Virtualaz"a istinadən xəbər verir ki, belə rəylə rusiyalı ekspert, Qafqaz və Mərkəzi Asiyanı araşdırma Mərkəzinin baş elmi əməkdaşı Aleksandr Skakov çıxış edib.Skakov erməni KİV-lərinə açıqlamasında bildirib ki, bu addım Ermənistanda rəhbərliyin dəyişməsi və müəyyən təmaslar yaratmaq cəhdləri ilə əlaqəlidir.

“Ermənistanda rəhbərliyin dəyişməsi Azərbaycanı buna həvəsləndirib ki, müəyyən qarşı addımlar atsın. Yanaşmalarda kəskin dəyişmə də məhz bununla bağlıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan uzun illər heç bir güzəştə getməyib, o cümlədən Ermənistanla sərhəddən snayperlərin və ağır texnikanın geri çəkilməsi məsələsində. İndi Bakı Yerevandan adekvat addımlar gözləyəcək”-A.Skakov deyib.Ekspertə görə buna xüsusi fikir vermək lazımdır ki, qərar Ermənistanla sərhəd rayonlarla bağlı qəbul edilib. “Ermənistanla sərhəddə vəziyyətin kəskinləşməsi münaqişəyə Rusiyanın da qarışmasına gətirib çıxara bilər. Bunu Bakıda bilməmiş deyillər”-o əlavə edib.Skakovun fikrincə ola bilsin Bakı bu addımı tərəfdaş ölkələrlə, o cümlədən Minsk Qrupunun həmsədrləri ilə razılaşdırıb.Xatırladaq ki, sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətindən keçən hissəsində yerləşdirildiyini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev açıqlayıb. Bildirib ki, Ali baş komandan İlham Əliyevin əmri ilə sərhədin bu istiqamətindəki döyüş postları sərhəd qoşunlarına təhvil verilib. Müdafiə Nazirliyinin bölmələri isə daha intensiv təlim-məşq hazırlığı və ehtiyat qüvvələrin yaradılması məqsədi ilə geri çəkilib.Lakin Müdafiə Nazirliyi bu məsələ ilə bağlı bildirib ki, sərhədin Qazax və Ağstafa istiqamətlərindən keçən hissəsində erməni mövqelərindən 2 kilometrə qədər aralıda yerləşən, vəziyyətin nisbətən sabit olduğu postlar sərhəd qoşunlarının bölmələrinə təhvil verilib. Həmin postlara Müdafiə Nazirliyinin bölmələri ağır texnika və silahlarla dəstək verir. Düşmənlə bilavasitə təmas xəttindəki postlar isə ordunun nəzarətindədir.

  • Yazılıb
  • da (də) 2018 Dec 17
  • Göndərən مدير سايت Aran News