Tarix : 2018 Dec 18
Kod 57225

Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib

Biləsuvar gömrük postunda Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

Arannews-Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib. ABu barədə “Report”a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunun rəisi Ceyhun İbrahimovun, İran Biləsuvar gömrük-keçid məntəqəsinin rəisi Ramin Zəhirinin rəhbərliyi ilə nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin, ticarət dövriyyəsinin artmasına paralel olaraq beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, eləcə də nəqliyyat vasitələrinin, şəxslərin gömrük sərhədindən təhlükəsiz və maneəsiz keçidinin təmin edilməsi, qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.



  • Yazılıb
  • da (də) 2018 Dec 18
  • Göndərən مدير سايت Aran News