Tarix : 2018 Dec 19
Kod 57230

İran prezidenti Həsən Ruhani Türkiyəyə gedir

İran prezidenti Həsən Ruhani Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə sabah Ankaraya gedəcək.

Arannews-FaktXeber.com-un Milliyyət-ə istinadla verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının  Mətbuat Bürosundan bildirilib.Bildirilir ki, 2 günlük səfər zamanı Ruhaniyə iqtisadi və siyasi müşavirləri müşaiyyət edəcək.Ruhani səfər çərçivəsində  iki ölkə  liderlərinin rəhbərliyi ilə keçiriləcək 5-ci  Ali Strateji  Əlaqələr Şurasına qatılacaq. Toplantıda  iki ölkə arasında ticarətin 30 milyard dollara çıxarılması üçün iki ölkə prezidentinin  mənimsədiyi hədəflər müzakirə olunacaq.Ziyarət çərçivəsində iki ölkə arasında iqtisadi, mədəni və siyasi sahələrdə önəmli anlaşmaların imzalanması gözlənilir.

  • Yazılıb
  • da (də) 2018 Dec 19
  • Göndərən مدير سايت Aran News