Tarix : 2018 Dec 19
Kod 57232

Allahın evini sökən İbrahim Mehdiyev canıyla əlləşir

Bu cür adamların ürəyinin olmamasını, yaxud da varsa da daşdan olduğunu çoxları qənaət edir

Arannews-Yasamalın sabiq icra başçısı 17 il icra başçısı işləyirdi, amma Allahın evini – Hacı Cavad məscidini sökəndə tanındı. Amma nifrətlə tanındı, indiyə qədər də lənətlə anılır. Deməli, kişinin adı qanunsuz tikinti işləriylə məşğul olmaqda hallanır. Xəbərdə deyilir: "M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla mövcud olan yaşayış və qeyri-yaşayış bina, qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil, 3 qeyri-yaşayış obyektini söküblər. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Yayılan məlumatlarda “İnsaat Konstruksiyalari MMC”nin Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsus olması xüsusi olaraq vurğulanırdı." İbrahim Mehdiyevin başınabuyruq, icazəsiz iş görməsi məlumdur. Yadınızdadırsa "Hacı Cavad" məscidinin keçmiş binasını da – dediyinə görə - prezidentdən icazəsiz söküb. Bu məsələni ondan qalmaqallı xəbərlə bağlı müsahibə alan sayta bir daha bildirib. Əlbəttə uşaq başı aldatmaq istəyiblər, amma heç kim inanmayıb. Axı harda görülüb ki, diktatura mühitində oln bir ölkədə, idarəetmədə, hakimiyyətdə sən durub icazəsiz iş görəsən və səni sökdüyün məscidin yeni binasının divarlarının birinə diri-diri gömməsinlər. Hər bir halda, qələt edib bu işi görməməliydin.İndi isə qanunsuz işin ona aid olmadığını sübuta yetirməyə çalışan sabiq başçı özünün güya fəal cəmiyyətdə olmadığını bildirmək üçün canıyla əlləşdiyini deyir. Dediyinə görə ürəyində problem var. Bu cür adamların ürəyinin olmamasını, yaxud da varsa da daşdan olduğunu çoxları qənaət edir. Bunlar isə durub ürəkdən, qəlbdən danışırlar. Özü də evini sökdüyü Allaha and içərək təkidlə bildirir ki, onun bu (qanunsuz işlərdən) xəbəri yoxdur. İndi necə inanaq? Hər iki işdə "icazəsiz" sözü keçməkdədir. Bəli dünya iki-üç günlük, yalan dünyadır. 17 il başçılıq edə bilərsən, amma Allahdan qafil olmaq səbəb olur ki, insan bu hallara düşsün. Çünki bu cür insanlar hyat boyu etdikləri əməlləri etməzdən əvvəl Allahdan icazə almazlar. Bu adamlar halal-haram tanımayan, şöhrət, sərvət düşkünü adamlardır. Allahla mübarizə aparan hər kəsin sonda aqibəti bu cürdür

  • Yazılıb
  • da (də) 2018 Dec 19
  • Göndərən مدير سايت Aran News